01 
Apr
2024
10:47
273

Ermənistan XİN başçısı: "Ermənistan Avropa İttifaqı və ABŞ ilə münasibətləri dərinləşdirməyə can atır"

"Ermənistan Avropa İttifaqı və ABŞ ilə münasibətləri dərinləşdirməyə can atır".

InterPress.ge xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Todos Noticias portalında dərc olunan müsahibəsində deyib.

"Bizdə demokratiya var və biz demokratik institutları gücləndirmək istəyirik. Biz görürük ki, məsələn, ABŞ və Avropa İttifaqı əsas tərəfdaşlardır. Biz həmçinin gördük ki, Aİ mülki missiya göndərməyə hazırdır və sərhəddə vəziyyət xeyli yaxşılaşıb, onların mövcudluğu regionda və Ermənistanın bir hissəsində sülhə böyük töhfə verir. İndi biz Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Biz öz təhlükəsizliyimizi və inkişafımızı demokratik vasitələr və institutlar vasitəsilə təmin etməyə çalışırıq və Qərbdə bunun üçün yaxşı tərəfdaşların olduğunu görürük”, - Mirzoyan bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər