02 
Mar
2024
15:50
310

Navalnının dəfn olunduğu gün Rusiyada 100-dən çox adam saxlanılıb

Rusiya müxalifətinin lideri Aleksey Navalnının dəfn mərasimi günü Rusiyanın 20 şəhərində ən azı 106 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın insan haqları portalı “OVD-İnfo” məlumat yayıb.

Bildirilib ki, rusiyalı müxalifətçinin dəfn mərasiminin keçirildiyi Moskvada azı 14 fəal tutulub.

Novosibirskdə 20, Omskda 15, Yekaterinburqda 10 nəfər saxlanılıb. Həmçinin Kazan, Voronej, Astraxan, Nijni Novqorod, Murmansk, Çelyabinsk, Sankt-Peterburq və digər şəhərlərdə saxlanılan insanlar olub.

Xatırladırıq ki, Aleksey Navalnı martın 1-də Moskvanın Borisov qəbiristanlığında dəfn edilib. Onun dəfn mərasimi səs-küy şəraitində keçib - onun tərəfdarları ətrafa toplaşaraq: "Navalnı", "Müharibəyə yox" kimi şüarlar səsləndiriblər.

 

Bizimlə əlaqə saxlayın