Rusiyaya gedən yolda bu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Çətin meteoroloji şərait (çovğun və görmə məhdudluğu) ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunin Qudauri (Post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib, digər növ motorlu nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Yollar Departamenti yayıb.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Qeyd olunan rejimdə yolların hərəkəti patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə davam edəcək.


