15 
Yan
2024
12:08
402

Dekabr ayında Gürcüstana pul köçürmələri azalıb

2023-cü ilin dekabr ayında ölkəyə pul köçürmələrinin həcmi 308,3 milyon ABŞ dolları (828,1 milyon lari) təşkil edib ki, bu da 2022-ci ilin dekabr ayının analoji göstəricisindən 42,4% (227,0 milyon ABŞ dolları) azdır.

InterPress.ge xəbər verir ki, Milli Bankın məlumatına görə, pul köçürmələrinin azalması ilk növbədə Rusiya Federasiyasından pul daxilolmalarının 78% azalması ilə bağlıdır.

Dekabrda Rusiyadan pul köçürmələrinin azalması 250 milyon dollar təşkil edir. Əvəzində İtaliya, Yunanıstan, Türkiyə və digər ölkələrdən pul köçürmələri artıb, buradan daxil olan pul vəsaitləri əsasən xaricdə işləyən gürcü miqrantların köçürmələridir.

2023-cü ilin dekabrında Gürcüstana ən çox pul köçürülən 20 ölkə:

 1) Rusiya Federasiyası - 71 milyon dollar, əvvəlki illə müqayisədə azalma -78%;

 2) İtaliya - 50 milyon dollar, əvvəlki illə müqayisədə 15% artım;

 3) ABŞ - 46 milyon dollar, əvvəlki illə müqayisədə 35% artım;

 4) Yunanıstan - 23 milyon dollar, əvvəlki illə müqayisədə 10% artım;

5) Almaniya - 22 milyon dollar, əvvəlki illə müqayisədə 27% artım;

 6) İsrail - 21 milyon dollar, əvvəlki illə müqayisədə 10% artım;

 7) Qazaxıstan - 15 milyon dollar, əvvəlki illə müqayisədə 15% artım;

 8) Türkiyə - 8 milyon dollar, əvvəlki illə müqayisədə 13% azalma;

9) İspaniya - 6 milyon dollar, əvvəlki illə müqayisədə 13% artım;

 10) Fransa - 5 milyon dollar, əvvəlki illə müqayisədə 12% artım;

 11) İrlandiya - 5 milyon dollar, əvvəlki illə müqayisədə 63% artım;

 12) Azərbaycan - 4 milyon dollar, əvvəlki illə müqayisədə azalma -11%;

13) Böyük Britaniya 3,2 milyon dollar, əvvəlki illə müqayisədə azalma -19%;

 14) Polşa - 2,8 milyon dollar, əvvəlki illə müqayisədə 16% artım;

 15) Kanada - 2,5 milyon dollar, əvvəlki illə müqayisədə 19% artım;

 16) Qırğızıstan - 2,4 milyon dollar, əvvəlki illə müqayisədə azalma -78%;

 17) Birləşmiş Ərəb Əmirlikləri 1,8 milyon dollar, əvvəlki illə müqayisədə 22% artım;

18) Kipr - 1,8 milyon dollar, əvvəlki illə müqayisədə 8% artım;

 19) Ermənistan - 1,6 milyon dollar, əvvəlki illə müqayisədə azalma -22%;

 20) Hollandiya - 1,5 milyon dollar, əvvəlki illə müqayisədə 15% artım;

 

Bizimlə əlaqə saxlayın