30 
Okt
2026
10:52
73

Tbilisidə 102 300 lari dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyən şəxs saxlanılıb

Tbilisidə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşı aldadaraq ondan qızıl-zinət əşyalarını alıb və həmin əşyaları satdıqdan sonra bir ay ərzində müvafiq məbləği ödəyəcəyinə inandırıb.

Lakin qızıl-zinət əşyalarını satdıqdan sonra zərərçəkmiş şəxslə əlaqəni kəsib və əldə etdiyi 102 300 larini qanunsuz olaraq mənimsəyib.

DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın