
Ukrayna kəşfiyyatı: “Rusiya hərbi gəmilərini Krımdan Gürcüstanın işğal olunmuş hissəsinə aparır“
"Rusiya hərbi gəmilərini Krımdan Gürcüstanın işğal olunmuş hissəsinə aparır"
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat bölməsinin sözçüsü Vadim Skibitski mətbuata müsahibəsində bildirib.
“İşğalçılar artıq döyüş gəmilərinin bir hissəsini Novorossiysk limanına aparıblar. Lakin Rusiyanın Qara dəniz donanmasının bütün gəmilərini orada yerləşdirmək mümkün deyil, ona görə də Kreml bu məqsədlə Gürcüstanın işğal olunmuş ərazisindən istifadə etmək qərarına gəlib”, - deyə Vadim Skibitskinin bəyanatında Ukrayna kəşfiyyat idarəsinin mətbuat xidməti bildirib.
Skibitski həmçinin qeyd edib ki, ruslar Oçamçire limanının infrastrukturunun yaxşılaşdırılması istiqamətində fəal işi davam etdirirlər.