20 
Sen
2023
13:50
418

Ermənistan polisi aksiyada 16 nəfəri saxlayıb

Dünən Ermənistan Nazirlər Kabineti və Rusiyanın İrəvandakı səfirliyi yaxınlığında keçirilən etiraz aksiyasında 16 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat verib.

"30 nəfər Ermənistan hökumət binası yaxınlığında, daha 5 nəfər isə Rusiyanın İrəvandakı səfirliyində saxlanılıb" - Ermənistan polisi bildirib.

Xatırladırıq ki, çərşənbə axşamı Qarabağdakı vəziyyət fonunda Ermənistan hökumət binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilib. Mitinq iştirakçıları binaya soxularaq polis kordonunu yarmağa cəhd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarının qarşısını ala biliblər.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, etirazçılarla polis arasında toqquşma nəticəsində 16-sı polis və 18-i mülki şəxs olmaqla 34 nəfər yaralanıb. Bundan başqa, mitinq iştirakçılarının bir hissəsi Rusiyanın İrəvandakı səfirliyinin binasını bağlayıb, buna görə diplomatlar Ermənistan Xarici İşlər Nazirliyinə nota verib və missiyanın normal fəaliyyətini təmin etməyi tələb ediblər.

Bizimlə əlaqə saxlayın