13 
Sen
2023
12:59
418

2023-cü ilin ikinci rübündə Gürcüstanda yerli ziyarətçilərin sayı 13,8% artıb

2023-cü ilin ikinci rübündə Gürcüstan ərazisində yaşı 15 və daha yuxarı olan yerli ziyarətçilərin orta aylıq sayı 1 milyon 289,6 min nəfər, ölkə ərazisinə etdikləri səfərlərin orta aylıq sayı isə 1 milyon 600,2 min ədəd təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Məlumata görə, qeyd olunan dövrdə orta aylıq ziyarətçilərin sayı 13,8 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə onlar tərəfindən ziyarətlərin sayı 24,9 faiz çox olub.

2023-cü ilin ikinci rübündə edilən səfərlər zamanı çəkilən orta aylıq xərclərin həcmi 233,3 milyon lari müəyyən edilib. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisindən 11,8 faiz çoxdur. Bundan əlavə, bir ziyarət üçün orta qiymət 10,5 faiz azalaraq 145,8 lari təşkil edib.

2023-cü ilin 2-ci rübündə Gürcüstan ərazisinə səfərlər zamanı 15 və daha yuxarı yaşda olan Gürcüstan rezidentlərinin etdikləri orta aylıq xərclərin xərc kateqoriyaları üzrə bölgüsü:
alış-veriş - 81,8 milyon lari;
yemək və içki - 57,1 milyon lari;
Nəqliyyat - 50,5 milyon lari;
Yerləşdirmə - 6,5 milyon lari;
əyləncə, sağlamlıq, mədəniyyət və idman tədbirləri - 1,2 milyon lari;
Digər - 36,2 milyon lari.

Bizimlə əlaqə saxlayın