Ukrayna Kəşfiyyat Xidməti: "Putin Moskvanı tərk edib, onun təyyarəsi..."
Vladimir Putin Moskvanı tərk edib, onun təyyarəsi radarlardan itib.Həmçinin, Ukrayna xüsusi xidmət orqanlarına Rusiya paytaxtının təşviş içində olduğu və giriş-çıxış körpülərinin minalardan təmizlənməsi üçün hazırlıqlara başlanıldığı barədə məlumat daxil olub.
InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın kəşfiyyat xidməti məlumat yayıb.
“Vaqner” hərbi şirkəti ilə silahlı münaqişə fonunda Rusiya prezidenti Vladimir Putin Moskvanı ekstremal rejimdə tərk edib”, - deyə məlumatda bildirilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təkzib edir və prezidentin “Kremldə işlədiyini” bildirir.
Dmitri Peskovun bəyanatında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin də iş yerində olduğu qeyd edilir.
Lakin Medvedevin ailəsi ilə birlikdə Rusiyanın paytaxtını tərk etdiyi bildirilir.
“Unian” Ukrayna kəşfiyyatına əsaslanaraq yazır ki, Rusiya prezidenti Valdaya gedəcək.
“Bizdə məlumat var ki, Vladimir Putin Moskvanı tərk edir. O, Valdaya köçürülür”, - Ukrayna kəşfiyyatı bildirib.
Xüsusilə, söhbət Vladimir Putinin İl96-300PU təyyarəsinin Moskva vaxtı ilə saat 14:16-da Sankt-Peterburq istiqamətində havaya qalxmasından gedir.