12 
May
2023
10:58
346

Gürcüstan Prokurorluğu daha bir transmilli cinayətin üzərini açıb

Gürcüstan Prokurorluğu daha bir transmilli cinayətin üzərini açıb.

InterPress.ge xəbər verir ki, külli miqdarda pul vəsaitlərinin dələduzluğu və qanunsuz gəlirlərinin leqallaşdırılması faktları aşkar edilib, iki fiziki və iki hüquqi şəxs barəsində cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, cinayətkar dəstənin üzvləri maliyyə institutuna pul yatırarkən yüksək faiz dərəcəsi almaq məqsədilə internetdə saxta elanlar yerləşdirib, zərərçəkənlərə - ABŞ vətəndaşlarına Gürcüstanda qurduqları müəssisənin bank hesablarına külli miqdarda pul köçürdüblər. Bununla da təqsirləndirilən şəxslərdən biri və onunla cinayət əlaqəsi olan şəxslər zərərçəkmişlərə məxsus təxminən 1 milyon 820 min ABŞ dollarını ələ keçirib.

Daha sonra təqsirləndirilən şəxslərdən biri qanuni görünüş vermək üçün həmin məbləğin bir hissəsini qondarma məqsədlərlə və saxta sənədlər əsasında müxtəlif ölkələrdə onunla əlaqəsi olan hüquqi şəxslərin hesablarına köçürüb, bu yolla 1.770.000 ABŞ dolları leqallaşdırılıb.

Aparılan araşdırmalar zamanı daha bir transmilli cinayət də üzə çıxıb. Xarici ölkə vətəndaşı Fransada fəaliyyət göstərən müəssisələrə məxsus külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə əldə etmək məqsədilə ofşor şirkəti qeydiyyatdan keçirərək Gürcüstanda fəaliyyət göstərən bank qurumlarından birində müəssisə hesabları açıb.

Təqsirləndirilən şəxs müştərilərin adı ilə Gürcüstanda nəzarət etdiyi bank hesablarına müxtəlif məqsədlər üçün vəsaitlərin köçürülməsi ilə bağlı bank qurumlarına yalan mesajlar göndərib, bu yolla adıçəkilən müəssisələrə məxsus 445 min avronu dələduzluq yolu ilə əldə edib.

Daha sonra təqsirləndirilən şəxs qondarma göstərişlər və saxta sənədlər əsasında qanunsuz əldə etdiyi məbləğin bir hissəsini onunla bağlı olan şəxslərin bank hesablarına keçirib və bu yolla 100 min avronu leqallaşdırıb.

Təqsirləndirilən fiziki şəxslərə qarşı qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə əldə etmə və bir qrup şəxs tərəfindən xüsusi külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması faktları üzrə cinayət işi başlanılıb, cinayət 9 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutur.

Qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə hüquqi şəxslərə qarşı ittiham irəli sürülüb. Cinayət ləğv edilmə və ya əmək hüququndan məhrum etmə və cərimə ilə cəzalandırılır.

Təqsirləndirilən fiziki şəxslər barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Gürcüstanın Baş Prokurorluğu cinayətkar qruplaşmanın üzvlərinin, habelə analoji fəaliyyətlə məşğul olan digər fiziki və ya hüquqi şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində araşdırmaları davam etdirir.

Bizimlə əlaqə saxlayın