Qullar ictimai məktəbində "Xocalı dərsi" keçirilib-FOTO
Hər il olduğu kimi bu il də fevralın 25- i Qullar ictimai məktəbində bütün siniflərdə ilk dərs ,, Xocalı dərsi “ ilə başladı. Müəllimlərimiz Xocalı faciəsi barədə məlumat verdilər. Xocalı hadisəsini bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət kimi təqdim etdilər. Şagirdlərin yaş səviyyəsinə uyğun şerlər səsləndirib, şəkillər nümayiş etdirdilər! Dərslər bitdikdən sonra isə məktəbin Azərbaycan dili müəllimi Günel Məmmədovanın təşəbbüsü və fəal şagirdlər Bayram Məmmədov, İlahə Məmmədova, Səbuhi Qarayev və başqalarının təşkilatçılığı ilə ,,Xocalıya Ədalət”, ,, Unutmayaq, unutdurmayaq “ adlı geniş tədbir keçirildi. Tədbiri məktəbimizin direktoru Hümbət Hüseynov açaraq Xocalı hadisələri ilə bağlı və 44- günlük Zəfər müharibəsi barədə geniş çıxış etdi. Xocalı və 44 günlük zəfər döyüşləri ilə bağlı film nümayiş etdirildi. Çıxış edənlər mənfur düşmənin əməllərini pisləyərək beynəlxalq ictimaiyyəti bu hadisələrə düzgün yanaşmağa çağırdılar!
Müəllif: Bayram Məmmədov
10- cu sinif şagirdi