23 
Yan
2023
19:07
3537

Marneulinin idman məktəbinin yetirməsi Gürcüstanın vitse çempionu seçildi

Marneuli Bələdiyyəsində Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin dəstəyi, Gürcüstan Milli Oxçuluq Federasiyası və Marneuli Bələdiyyəsi İdman Məktəbinin təşkilatçılığı ilə 2023-cü il oxatma üzrə Gürcüstan çempionatı keçirilib. 

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin Meriyası məlumat yayıb.

Məlumata görə, birincilikdə Marneuli bələdiyyəsinin idman məktəbinin yetirməsi Salome Xarşiladze uğurla çıxış edərək turnirin vitse-çempionu olub.

“İdmançımızı əldə etdiyi nəticə münasibətilə təbrik edir, ona gələcəkdə uğurlar arzulayıram!”

Sevinirəm ki, bələdiyyəmiz həm respublika, həm də beynəlxalq idman yarışlarında daim fəal iştirak edir. Biz fəxr edirik ki, bu istiqamətdə uğurlarımız çoxdur.

Marneuli meriyası idmanın inkişafına və sağlam həyat tərzinin təbliğinə maksimum dəstək verir”, - deyə Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov bildirib.

Bizimlə əlaqə saxlayın