Gürcüstanın Natoya üzv olmasının nə kimi əhəmiyyəti var?
Gürcüstan Natoya üzv olsa hərbi cəhətdən güclənəcək, silahları, tankları, əsgərlərinin sayı artacaq, mühafizəsi güclənəcək. Heç bir ölkə Gürcüstanı zəif bilib müharibə edib torpaqlarını əlindən ala bilməyəcək.
Təhsil bəzi ölkələrdə yüksək səviyyəlidi. Məsələn: Azərbaycanda imtahanlar çətindir. Azərbaycanda 4cü sinifi bitirdikdən sonra 5ci sinifə keçmək üçün imtahan verirsən, 9-cu sinifi bitirdikdən sonra 10-cu sinifə keçmək üçün və sonda 11-ci sinifi bitirib attestat almaq üçün imtahan verirlər. Ancaq Gürcüstanda bu imtahanların heç biri yoxdu. Ali təhsil imtahanı buradakı kimi 2 fəndən ibarət deyil. Orada 5-6 fəndən imtahan verilir. Ukraynada tələbələr üçün hər şey pulsuzdur. NATO-ya üzv olsaq həm hərbi həm də təhsil baxımından hər şey daha yaxşı olacaq.
Gürcüstan Natoya üzv olsa iş baxımından da hər şey gözəl olacaq, çünki indiki dövrdə Gürcüstanda yaşayan insanlar işləmək üçün Almaniya, Polşa kimi ölkələrə müraciət edirlər. Gürcüstanda iş yerləri azdır və bu baxımdan insanlar başqa ölkələrə üz tuturlar. Burada işləyən insanların aldıqları maaşı xərclərini ödəmədiyi üçün narazılıq edirlər. Gürcüstan vətəndaşları Almaniya, Polşa kimi yerlərdə taksi, tikinti və s kimi yerlərdə işləyərək ailələrinin xərclərini ödəyirlər. Son 1 il ərzində insanlar ən çox Polşa və Almaniyaya üz tuturlar. Çünki orada qalmaq yeri pulsuzdur ən azından bu baxımdan az xərcləmiş olurlar. Gürcüstanda insanlar işləmək üçün şəhərə üz tuturlar bu da işlədikləri pulun yarısını yola xərclənmiş olurlar. Kənd yerlərindən şəhərə işləməyə gedən insanların gündəlik ən azı 15 lari yol pulu çıxır. Tutalım insanlar tikintidən gündəlik 50 lari pul alır, bunun 15 larisi yol pulu 10 larisi yemək puludur, onda insanlar evə cəmi 25 lari pul aparırlar. Bu 25 lari pul evinin hansı xərclərini qarşılayacaq? Ona görə NATO-ya Gürcüstan üzv olsa hər bir cəhətdən Gürcüstan güclənəcək.
Mülki Jurnalist: Nuray Nəbiyeva