07 
Yan
2023
18:55
4286

NATO-ya üzv olmaq Gürcüstan əhalisinin əksəriyyətinin seçimidirmi?

NATO-ya üzv olmaq Gürcüstan əhalisinin əksəriyyətinin seçimidirmi? 

  Bu haqda çoxsaylı yerli və ya beynəlxalq ictimai fikrin araşdırılması da təsdiq edir. Ən önəmlisi isə  2008-ci ilin yanvarın 5-də keçirilmiş plebisit idi, bu zaman əhalinin 77%-i Gürcüstanın NATO-ya üzv olmağını dəstəklədi. Bu qərar nəsillərin seçimidir. Bu günə qədər NATO-ya üzv olmaq Gürcüstan hökumətinin əsas xarici məsələsi olaraq qalır və onu sorğu əsasında Gürcüstan vətəndaşlarının üçdə iki hissəsi dəstəkləyir.


NATO əlifbası nədir?


NATO əlifbası – ən çox istifadə olunan radio əlifbasıdır. Hər ingilis hərfinə bir kod sözü aiddir, buna görə bütün məlumat, o cümlədən rəqəmlər dildən asılı olmayaraq anlaşılır. 

Əlifba Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən tərtib edilmiş, ən çox NATO-da işlədilir. Digər beynəlxalq təşkilatlarda da istifadə olunur.


NATO - Rusiya münasibətləri


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya sərhədi yaxınlığında NATO-nun artan fəallığına münasibət bildirib. 

Şoyqu deyib ki, “Zapad-2017” təlimləri ilə bağlı Qərb mediasının yaratdığı səs-küy NATO-nun Rusiya və Belarus sərhədində artan fəallığını gizlətmək üçündür. 

Nazir vurğulayıb ki, NATO getdikcə nüvə silahından istifadə yollarını inkişaf etdirir. 

Qeyd edək ki, NATO-ya üzv olan Şərqi Avropa dövlətləri Rusiya və Belarusda keçirilən “Zapad -2017” təlimlərindən narahat olduğunu bildiriblər. Onlar əlavə ediblər ki, Rusiyanın Belarusda yerləşdirdiyi qoşunlar təlimlərdən sonra Belarusun ərazisində qala bilər və bu da həmin dövlətlərin təhlükəsizliyinə təhdiddir. 

Lakin Rusiya və Belarus rəsmi şəkildə bəyan edib ki, təlimlər müdafiə xarakterlidir və Şərqi Avropa dövlətlərinə təhlükə yaratmır.

Mülki Jurnalist: İsə İsəyev

Bizimlə əlaqə saxlayın