"Avropa həmişə yeniliklər qitəsi olub"
Tez-tez baş verən müharibələrə və siyasi baxışların dəyişməsinə baxmayaraq, Avropa həmişə yeniliklər qitəsi olub.
Həmişə Avropaya xeyir verən bir şey olub. Avropada baş verən İkinci Dünya Müharibəsi Avropanın bir qitə kimi ümumi inkişafına son qoya bilərdi. Lakin Avropanın müharibədən sonra ləyaqətin necə bərpa olunacağı ilə bağlı gözəl təcrübəsi var. Bundan əlavə, Avropa mənim üçün demokratiyasına görə qiymətlidir. Hətta “demo” sözü də buradan gəlir.
Avropada dünyanın ən parlaq brendləri, təşkilatları var və təəccüblü deyil ki, bir çox ölkələr Avropa İttifaqı və NATO uğrunda mübarizə aparır.Natoya daxil olmaq bizə Avropa dəyərlərini ve demokratiyasini bəxş edecektir. Bu, Avropanın nə qədər fayda gətirə biləcəyinin gözəl nümunəsidir.Demokratik cəmiyyət, demokratik idarəetmə sistemi Avropa mədəniyyəti ilə bağlıdır. Bizi sözün tam mənasında, Avropa mədəniyyəti cəlb edir. Avropa mədəniyyəti dedikdə təkcə incəsənət deyil, həm də həyat tərzi, siyasi mədəniyyət və idarəetmə mədəniyyəti nəzərdə tutulur.Avropa dəyərlərini öyrənmək nə üçün zəruri və vacibdir?Avropa Gürcüstanı niyə valeh edir? Çünki Avropa öz tarixində əsas insani dəyərləri, insan azadlıq və hüquqlarını kifayət qədər gözəl ifadə edib. İnsanın yaradıcı olması üçün onun azadlığı lazımdır.Azadlıqdan danışmaq çətindir, çünki bu anlayışın qəbulu hər kəs üçün fərqlidir. Əksəriyyətin azadlığa münasibəti, baxışları mənim üçün müəyyən qədər məqbuldur və bu, “öz həyatını yaşamaq”la bağlıdır, bərabərliyə gəlincə, bu məsələdə də Avropanın mövqeyi məqbuldur. Avropalıların əksəriyyəti bunun üçün mübarizə aparır.Natoya girmək bizə Avropa dəyərlərini ve demokratiyasini bəxş edəcəktir. Məhz yuxarıda Avropa barəsində sadalanan səbəblərə görə bizim seçimimiz ve istəyimiz NATO və Avropa ittifaqının üzvü olmaqdır.
Müəllif Mülki Jurnalist: Aygün Mikiyeva