03 
Yan
2023
23:15
3100

Avropa İttifaqı və onun haqqında: miflər və dezinformasiyalar

Avropa İttifaqı və onun haqqında: miflər və dezinformasiyalar 

Bələ bir fikir yayılmışdı ki , NATO-nun yaradılması amerikalılara lazım idi ki, müharibə başa çatdıqdan sonra qoşunlarını Avropada saxlasınlar. Yüngülcə desək, bu, tam həqiqətə uyğun deyil, çünki buna qədər amerikalılar nəinki Avropaya qoşun yeritməkdən, eləcə də Avropanın işlərinə qarışmaqdan da ehtiyat edirdilər.

Tez-tez narahatçılıq duyulur ki, Gürcüstan NATO-ya daxil olduğu halda Gürcüstan ərazisində dərhal hər hansı bir xarici ölkənin hərbi bazası acılacaqdır və ya gürcü qoşunu harasa ölümə göndəriləcəkdir. Bu, boş cəfəngiyyatdır, çünki NATO üzvü kimi Gürcüstan tərəfindən razılıq olmadan, Alyans həç bir qərar qəbul edə bilməz.

1995-ci ildə SEATO yarandı , buna da Amerika, Böyük Britaniya, Pakistan, Avstraliya, Fransa, Filippinlər, Tayland və Yeni Zelandiya daxil idi, amma 1977-ci ildə bu tərkib dağıldı. Dağılma səbəbi kimi təşkilatın ümumi məqsədini itirməsi adlandırıldı, amma eyni məntiqlə ümumi məqsədi NATO da 1991-ci ildə itirdi, bu zaman kommunizm məğlub oldu və Sovet İttifaqı süqut etdi. Bununla yanaşı, məlum olduğu kimi, NATO SEATO-dan fərqli olaraq, nəinki parçalandı, əksinə daha da genişləndi.

Belə bir fikir yayılmışdır ki, Avropa İttifaqı bazarında Gürcüstandan daxil olan yalnız bir neçə növ məhsul satılır, amma əslində faktlar başqa mühitləri göstərir–Gürcüstan Avropa İttifaqı bazarına spirtli içkilər və o cümlədən, şərab, mineral sular, fındıq, meyvə cemləri və s. kimi məhsulların ixracatını aktiv şəkildə həyata keçirir.

Bir çox hallarda fikir yayılır ki, Avropa İttifaqının genişlənmə prosesi illər öncə başa çatdırılmış və yeni üzvlərin qəbulu dayandırılmışdır. Qeyd edilən fikir yanlışdır, bunun haqqında 2018-ci ilin fevralın 6-da Avropa Komissiyası tərəfindən Qərbi Balkan regionu ölkələrinin Avropa İttifaqına üzvlüyü haqqında dərc edilmiş strategiya da xəbər verir.

Müəllif mülki jurnalist: Nuray Mustafayeva

Bizimlə əlaqə saxlayın