20 
Dek
2022
12:47
478

Teymuraz Kupatadze "Bütün ölkə üzrə istintaq tədbirləri davam etdirilir, 20-yə yaxın narkotik alverçisi saxlanılıb"

Bütün ölkə üzrə, müxtəlif şəhərlərdə, o cümlədən Tbilisidə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin rəisi Teymuraz Kupatadze məlumat verib.

Kupatadzenin sözlərinə görə, hazırda 20-yə yaxın narkotik alverçisi həbs edilib.

“Bu gün səhər saatlarından etibarən ölkənin müxtəlif şəhərlərində, o cümlədən Tbilisidə, Ponicala ərazisində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin qərarı əsasında külli miqdarda narkotik vasitələrin qanunsuz saxlanması, alınıb satılması ilə məşğul olan 20-yə yaxın narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb. Saxlanılanlar arasında  həm Gürcüstan, həm də xarici vətəndaşlar var. Polis tədbirləri gün ərzində davam etdirəcək  və saxlanılanların sayının artacağı müşahidə olunu" - Teymuraz Kupatadze bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər