16 
Dek
2022
14:18
1200

Gənc qadını cinsi əlaqəyə məcbur etməyə çalışan şəxs saxlanıldı

Gürcüstan Prokurorluğu Axalkalakidə bir nəfərə qarşı ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd, cinsi əlaqəyə məcbur etmə və qanunsuz partlayıcı qurğunun alınması ilə bağlı  ittiham işi irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, təqsirləndirilən şəxs qadına hədə qorxu gəlməklə onunla cinsi münasibətə  girməyə cəhd edib.

Qadın tərəfindən bir neçə dəfə rədd cavabı aldıqdan sonra həmin şəxs dekabrın 13-də qadını öldürmək məqsədi  ilə onun məzilinin giriş qapısına alkoqollu içkilər və şirniyyatlarla birlikdə polietilen torbada hazır vəziyyətə gətirilmiş partlayıcı qurğunu qoyub.Qadın polietilen torbanı açarkən partlayıcı qurğu işə düşüb, nəticədə onun mənzilinə ziyan dəyib.

 Təqsirkar şəxs Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi cəzalandırılıb.

Bizimlə əlaqə saxlayın