12 
Dek
2022
11:21
1090

Qayınata gəlinini güllələyərək öldürdü

Acarıstanda, Salibauri kəndində qayınata öz gəlinini odlu silahla qətlə yetirib.

InterPress.ge xəbər verir ki, qətli törədən şəxs polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi baş verən qətllə bağlı rəsmi məlumat yayıb. Qurumun  məlumatına görə, qarşılıqlı mübahisə zəminində 40 yaşlı qadın ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1959-cu il təvəllüdlü L.B.-ni qəsdən adam öldürmə maddəsi ilə saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi cinayət silahını - ov tüfəngini götürüblər.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır.
 

Bizimlə əlaqə saxlayın