06 
Dek
2022
15:09
445

Turistlərin pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinən 14 nəfər saxlanılıb

Tbilisi Şəhər Məhkəməsi 14 müttəhimi xarici vətəndaşlara məxsus vəsaitləri dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilib.
 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

“Məhkəmə prosesində sübutlar nəticəsində aşkar edildi ki, Kalakuri və Kral klubunun sahibi 5 şəriki ilə birlikdə mütəşəkkil dəstə yaradıb. Şübhəlilərin hazırladığı plana görə sözdə “Promo qızlar” sosial şəbəkələr vasitəsilə müxtəlif ölkələrdən gələn turistlərlə ünsiyyət qurub, yuxarıda adları çəkilən klublarda görüşüblər.Cinayətkar dəstənin üzvləri turistlərdən aldıqları xidmətə görə qeyri-mütənasib külli miqdarda pul tələb ediblər və bundan imtina etdikləri halda onlara psixoloji zorakılıq edəcəklərini bildiriblər. Təqsirləndirilən şəxslər bir çox xarici ölkə vətəndaşlarına, o cümlədən Yəmən, Misir, Hindistan, Sudan və Belarus vətəndaşlarına məxsus 9340 lari məbləğində pulu dələduzluq yolu ilə mənimsəyiblər. Bu tipli cinayətlər ölkənin turist imicinə böyük ziyan vurur və turizm sektorunun inkişafına mane olur.  " -  deyə məlumatda bildirilib.

 

Qeyd olunan əmələ görə mütəşəkkil dəstənin üzvləri Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə ittiham olunublar.  Cinayət işinin təşkilatçıları, o cümlədən adıçəkilən klubların sahibləri 8 il 6 ay, hər iki klubun menecerləri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın