15 
Sen
2022
14:11
828

Gürcüstanda neçə həkim və tibb bacısı var?

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına görə, Gürcüstan tibb bacıları ilə təminatda Avropa regionu, Avropa İttifaqı və MDB ölkələrinin göstəricilərindən xeyli geri qalır.

lnterPress.ge xəbər verir ki, bu barədə NCDC-nin 2021-ci il hesabatında qeyd olunub.

Məlumata görə, Gürcüstanda həkimlərin sayı tibb bacılarının sayını üstələyir, ölkədə həkimlərin sayının artması tendensiyası 2006-cı ildən müşahidə olunur və qeyd olunan göstəricilər Avropa regionu, Avropa İttifaqı və MDB ölkələrinin göstəricilərini xeyli üstələyir.

“Ümumdünya Səhiyyə Təşkilatı ölkədə müvafiq sayda səhiyyə kadrlarının olmasına xüsusi önəm verir. Gürcüstanda 2006-cı ildən etibarən həkimlərlə təminat nisbətində artım müşahidə olunur. Bundan başqa, Gürcüstanın göstəriciləri Avropa regionu, Avropa İttifaqı və MDB ölkələrinin göstəricilərini xeyli üstələyir.

1998-2013-cü illərdə tibb bacıları ilə təminat göstəriciləri azalma tendensiyası ilə xarakterizə olunur və son illərdə artıma baxmayaraq, Avropa regionu, Avropa İttifaqı və MDB ölkələrinin göstəricilərindən xeyli geri qalır.

Son onilliklərdə Gürcüstanda həkimlərin sayı tibb bacılarının sayını üstələyir, lakin 2019-cu ildən bu nisbətin artım dinamikası müşahidə olunur”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2021-ci ilin məlumatına görə, Gürcüstanda 22 495 həkim və 21 667 tibb bacısı, 2020-ci ildə isə ölkədə 20 379 həkim və 22 126 tibb bacısı olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər