Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Məktəblərdə dərs ili başladı

1,403
Məktəblərdə dərs ili başladı
Dinləmək üçün basın

Gürcüstanın ümumi təhsil müəssisələrində tədris ilinə start verilib. Məktəbin ilk günündə bütün dövlət məktəblərində Gürcüstanın dövlət himni səsləndirilib və bayraq qaldırılıb.

Gürcüstanın ümumi təhsil müəssisələrində tədris ilinə start verilib. Məktəbin ilk günündə bütün dövlət məktəblərində Gürcüstanın dövlət himni səsləndirilib və bayraq qaldırılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, məktəblər yeni dərs ilini mühüm xəbərlərlə qarşılayır. Verilən məlumata görə, epidemik vəziyyətin yaxşılaşdırılması nəzərə alınaraq, məktəblər üçün yenilənmiş tövsiyələr hazırlanıb.

Gürcüstan məktəblərində birinci sinifdən on ikinci sinfə qədər 632 726 şagird təhsil alacaq. 2022-2023-cü tədris ili üçün Gürcüstan məktəblərində ümumilikdə 55 717 birinci sinif şagirdi təhsilə başlayacaq, o cümlədən 1 868 uşaq birinci sinfə şagird qeydiyyatı qaydalarına edilən dəyişiklik əsasında ümumi təhsil müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, bu gün uşaq bağçalarında tədris prosesinə start verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

İrakli Kobaxidze: 50, 100 və 150 nəfərlə Rustaveli prospektini bağlayan insanlara siyasi rəğbət bəsləyə bilmərəmAğır yol qəzası nəticəsində gənc oğlan həyatını itirdi, üç nəfər yaralandıBatumi beynəlxalq hava limanında “Beşiktaş” və “Hapoel Beer-Şeva” azarkeşləri arasında mübahisə baş veribTbilisidə genişmiqyaslı aksiya başladıİnterpolun qırmızı bülleteni ilə axtarışda olan Polşa vətəndaşı saxlanılıbSon xəbərlərə bax →