27 
Avq
2022
14:41
8939

Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir

Sinoptiklər küləkli havanın avqustun 29-dək davam edəcəyini proqnozlaşdırırlar. Bundan başqa, ayın sonuna qədər yağıntı gözlənilmir. Gürcüstanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə qədər yüksələcək.

lnterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi bir daha vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə və diqqətli olmağa çağırır. 

Məlumata görə, yüksək temperatur səbəbindən meşə və çöl yanğınları riski artır.

"Avqustun 11-dən Borjomi-Axalçixe bölgəsində yağış yağmayıb. Havanın temperaturunun aşağı düşəcəyini gözləmirik. Qərbi Gürcüstanda isə havanın temperaturu 35-40 dərəcə olacaq. Sakinlərə yanğınla bağlı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirəm"- deyə Milli Ətraf Mühit Agentliyinin baş sinoptikçisi Naira Manvelişvili bildirib.

Bizimlə əlaqə saxlayın