Tbilisi və Batumi hava limanlarında külli miqdarda bəyan edilməmiş pul aşkarlanıb
Tbilisi və Batumi hava limanlarında bəyan edilməmiş 301 430 ABŞ dolları məbləğində vəsait aşkarlanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya şəklində 83 546,78 lari (məbləğin 10%-i) məbləğində cərimələnib.
“Tbilisi hava limanı” və “Batumi hava limanı” gömrük-keçid məntəqələrində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları şübhə əsasında, İran, Qırğızıstan və İsrail vətəndaşlarının həm fiziki, həm də onlara məxsus baqajlarına aparılan təfərrüatlı yoxlama nəticəsində bəyan edilməmiş 301 430 ABŞ dolları məbləğində vəsait aşkar ediblər.
Milli Bankın məzənnəsinə əsasən bəyan edilməmiş pulun ümumi məbləği 835 467,877 lari təşkil edib”, - deyə məlumatda qeyd ounub.


