Avqustun 14-dən avqustun 21-dək Gürcüstanda 12 595 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Son 1 həftə ərzində koronavirusdan, 12 329 nəfər müalicə olunaraq sağalıb.
Eyni zamanda bildirilir ki, koronavirusdan 6 nəfər həyatını itirib.
Ümumilikdə ölkə üzrə 74 171 test keçirilib.
