Gürcüstana gətirilən unun keyfiyyəti necədir?
Son bir neçə həftədir ki, Tbilisidə fəaliyyət göstərən kiçik çörək zavodları çörək ununun keyfiyyətindən şikayətlənir. Bildirilir ki, unu idxalçıya qaytardıqları hallar olub.
lnterPress.ge xəbər verir ki, Çörək İstehsalçıları Assosiasiyasının rəhbəri keyfiyyətsiz unla bağlı məlumatı təsdiqləyib.
“Keyfiyyətə gəlincə, bütün idxalçılar yaxşı bilirlər ki, hansı növ unu gətirirlər, hansı rayondan və hansı qiymətə alırlar. Təəssüf ki, bu bir faktdır, qiymət və keyfiyyət baxımından rus ununun alternativi yoxdur, baxmayaraq ki, orada bütün keyfiyyətlər mövcuddur, oradan idxal edərkən bu, idxalçının üzərinə düşür”, - deyə Dolidze bildirib.
Bazardakı vəziyyətə gəlincə, Malxaz Dolidzenin sözlərinə görə, indi hər şey yeni məhsuldan asılıdır. O cümlədən çörəyin qiyməti.
“İndi yerli bazarda istehsal olunan və Rusiyadan gətirilən unun qiyməti heç vaxt olmadığı qədər yaxındır. Xaricdən gətiriləninin qiyməti 77-79 lari, yerlisi 80-83 laridir. Bu çox kiçik fərqdir. Buraya qaz və su tarifləri də əlavə edilib. Bütün bunlar qiyməti xeyli artırır, lakin buna baxmayaraq, yaxın gələcəkdə çörəyin qiymətində artım gözləməməliyik.
Ölkə yaxşı məhsul götürüb. Bundan əlavə, Rusiya və digər iri istehsalçı ölkələr yeni məhsul yığımı ilə eyni vaxtda köhnə məhsullardan xilas olur və beləliklə, başqa bazarlar üçün daha geniş imkanlar yaranır. Bildiyimə görə, buğda idxalçıları artıq bir az idxal etməyə başlayıblar” – deyə Malxaz Dolidze qeyd edib.


