22 
Avq
2022
10:01
1210

Gürcüstanda Avqustun 24-dək gözlənilən hava şəraiti açıqlandı

Gürcüstanda havanın temperaturu 40 dərəcəyə çatacaq.

lnterPress.ge xəbər verir ki, sinoptiklər yaxın günlərdə güclü küləyin əsəcəyini proqnozlaşdırırlar.

Yaxın günlərdə Gürcüstanın şərqində hava şəraitinin əsasən yağıntısız keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Avqustun 22-23-də havanın temperaturu +15+35 dərəcə təşkil edəcək, küləyin sürəti 20-25 m/s-ə çatacaq. Meteo.gov.ge-nin məlumatına görə, avqustun 24-də hava şəraitinin əsasən yağıntısız keçəcəyi, temperaturun +34 dərəcə olacağı gözlənilir.

Qərbi Gürcüstanda yüksək temperatur gözlənilir. Avqustun 22-23-də hava +39 dərəcə təşkil edəcək, avqustun 24-də isə havanın temperaturu +40 dərəcəyə çatacaq. Bundan əlavə, avqustun 22-23-də güclü şərq küləyinin 20-25 m/s sürətlə əsəcəyi gözlənilir, avqustun 24-də isə hətta 28 m/s-ə qədər güclənməsi mümkündür.

Yaxın günlərdə Tbilisidə hava şəraitinin əsasən yağıntısız keçəcəyi, temperaturun gecə 18, gündüz 34 dərəcə isti olacağı gözlənilir.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın