Bu tələbələrə bir il boyunca hər ay 300 lari ödənəcək
Tələbələrə dəstək məqsədilə Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə “Gulf” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb ki, bu memoranduma əsasən əlaçı birinci kurs tələbələri 2022-2023-cü tədris ili ərzində 300 lari təqaüd alacaqlar.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Məlumata görə, memorandumu Gürcüstanın təhsil və elm nazirinin müavini Nunu Miçkeviç və “Gulf” şirkətinin baş direktoru Kreyq Stiven Kramer imzalayıblar.
“Sənədə əsasən, 2022-ci ilin vahid milli imtahanlarında ən yüksək nəticə göstərən 100 tələbəyə “Gulf” şirkəti bir tədris ili üçün 300 lari məbləğində aylıq təqaüd verəcək.
Təqaüd vahid milli imtahanların nəticələrinə əsasən tələbə namizədləri arasında ən yüksək nəticə göstərən 100 abituriyentə verilir.
“Gulf”nin əsas prioritetlərindən biri, bərabər əlçatan təhsil mühitinin yaradılmasına dəstək verməklə, gənc nəslin təbliğidir. Müvafiq olaraq, bu istiqamətdə Gürcüstanın Təhsil və Elm Nazirliyi və “Gulf” şirkəti gələcəkdə birgə təhsil layihələrinin həyata keçirilməsini fəal şəkildə davam etdirəcəklər.
Qeyd edək ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi gənclərə dəstək məqsədilə özəl sektorla sıx əməkdaşlığı davam etdirir. Son illər özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində təhsilin müxtəlif səviyyələrində şagirdlər, tələbələr və gənc alimlər üçün bir sıra dəstək proqramları hazırlanmışdır", - deyə məlumatda qeyd olunub.


