Sinoptiklərdən açıqlama: Bu tarixədək Gürcüstanda rekord həddə temperaturun artacağı gözlənilir
Avqustun 19-dək sinoptiklər ölkədə rekord temperaturun olacağını gözləyirlər. Xüsusilə yüksək istiliyi isə, mütəxəssislər Şərqi Gürcüstanda proqnozlaşdırırlar. Paytaxtda quraşdırılan termometrlər bir neçə gündür ki, 40 dərəcədən çox isti göstərir.
lnterPress.ge xəbər verir ki, yüksək temperaturla əlaqədar xüsusi xidmət orqanları Gürcüstan əhalisini diqqətli olmağa çağırır.
İnsan sağlamlığına görə yüksək hava istiliyi təbiəti də təhlükə altına alır. Vətəndaşlar təhlükəsizlik normalarına əməl etməsələr, Avropada olduğu kimi Gürcüstanda da irimiqyaslı meşə yanğınları baş verə bilər. Meşə massivlərində istirahət edən vətəndaşların məsuliyyətsiz münasibəti, meşədə qalan siqaret kötükləri, şüşə butulkalar və tamamilə sönmüş tonqallar riskləri daha da artırır. Təkcə bu il meşə yanğınları nəticəsində respublika ərazisində 56 hektar meşə massivi yanıb.
Fövqəladə Hallar İdarəsi yüksək hava istiliyinin gözlənilən təhlükələrinin qarşısını almağa hazırdır. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Agentliyi də səfərbər olub, qabaqlayıcı tədbirlər həyata keçirir.
Hazırkı dövrdə havanın yüksək temperaturu və isti külək Avropanın bir sıra regionlarında problemlər yaradır. İspaniyada yanğınlar 10 min hektara yaxın ərazini məhv edib.
Şimali Kaliforniyada meşə yanğınları ilə mübarizə aparılır, Havayda isə 7 min hektardan çox ərazi yanıb.


