Nazir larinin məzənnəsi ilə bağlı açıqlama verdi
"Lari son dövrdə əhəmiyyətli dərəcədə möhkəmlənib - ortamüddətli perspektivdə lari sabitliyi qoruyacaq".
lnterPress.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xutişvili məlumat verib.
Nazirin sözlərinə görə, larinin sabitliyini bu gün ölkədə olan iqtisadi fəallıq təmin edir.
“Lari son vaxtlar xeyli möhkəmlənib. Bilirsiniz ki, Ukraynada hərbi əməliyyatlar başlayanda lari 3.40-da idi, sonra 3.05-də sabitləşdi. Bu gün son 2 günlük ticarət nəticəsində 2,80 həddindədir.
Pul vəsaitlərinin daxil olması ixracın artan tempi, turizmin artan bərpa sürəti, pul vəsaitlərinin daxilolmalarının artım tempi ilə müəyyən edilir ki, lari orta müddətli dövrdə sabitliyi qoruya bilsin.
Təbii ki, gündəlik məlumatlardan asılı olaraq, o, dəyişə bilər, lakin ortamüddətli perspektivdə lari sabit olacaq, bu, bu gün ölkədə olan iqtisadi aktivliklə təmin edilir. Larinin gündəlik dəyişməsini şərh etmək çox çətindir. Bu bir çox amillərlə bağlıdır. Ortamüddətli perspektivdə lari sabitliyi qoruyacaq”, - deyə Xutişvili bildirib.


