Nazir yanacağın qiymətinin ucuzlaşması ilə bağlı açıqlama verdi
"Ötən həftə yanacağın qiyməti ucuzlaşma istiqamətində 10 tetri tənzimlənib, avqustun sonuna kimi daha bir tənzimlənmə ediləcəyi gözlənilir".
lnterPress.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xutişvili hökumət iclası başa çatdıqdan sonra yanacağın qiyməti barədə danışarkən bildirib.
Onun sözlərinə görə, yanacağın qiymətinin tənzimlənməsi neftin qiymətindən asılıdır.
“Yanacağın qiyməti ilə bağlı sektorla görüşdük. Beynəlxalq bazarda mövcud olan tendensiyaları müzakirə etdik. Bilirsiniz ki, ötən həftə qiymətin ucuzlaşma istiqamətində 10 tetri tənzimlənib, avqustun sonuna kimi daha bir tənzimlənmə ediləcəyi gözlənilir. Bu, təbii olaraq, azalma tendensiyası ilə xarakterizə olunan beynəlxalq neft qiymətlərindən asılıdır. Avqustun sonuna qədər ucuzlaşma istiqamətində qiymət tənzimlənməsi ola bilər”, -deyə Xutişvili qeyd edib.


