11 
Avq
2022
13:10
414

Qisas məqsədi ilə qətl törətməkdə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edildi

Məhkəmə təqsirləndirilən şəxsi 2021-ci il iyunun 10-da Mtsxeta rayonunda baş vermiş qətldə təqsirli bilib.

 lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu bəyanat yayıb.

“Mtsxeta rayon məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə bölüşüb və təqsirləndirilən şəxsi qəsdən adam öldürməkdə təqsirli bilib.

Prosesdə ittiham tərəfinin tədqiq etdiyi sübutlar təsdiq edib ki, 2021-ci il iyunun 10-da Mtsxeta rayonunun Muxrani kəndində təqsirləndirilən şəxs qisas məqsədi ilə zərərçəkmişə küt əşya ilə həyati təhlükəsi olan ağır xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş dünyasını dəyişib.

Cinayəti törədən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə qiyabi ittiham irəli sürülüb və barəsində axtarış elan edilib. O, 2022-ci il aprelin 21-də həbs edilib.

Mtsxeta rayon məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə tam təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum edib", - deyə bəyanatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın