Gürcüstan Dəmir Yolları avqustun 9, 10 və 11-də sərnişin və yük qatarlarının hərəkətini dayandırır.
lnterPress.ge xəbər verir ki, məlumata əsasən, buna səbəb müasirləşdirmə prosesinin davam etməsidir.
Dəyəri 249 milyon dollar olan layihə bant genişliyinin artırılmasını və təhlükəsizlik parametrlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Layihə çərçivəsində yeni tunellər, dəmir yolu körpüləri tikilir, bir neçə yarımstansiya yenidən qurulur. Layihə başa çatdıqdan sonra, sərnişin qatarlarının hərəkət müddəti azalacaq.
Qeyd edək ki, avqustun 12-dən etibarən sərnişin və yük daşımaları tam bərpa olunacaq.
