04 
Avq
2022
14:33
673

Xəstəxanada dünyasını dəyişən 7 yaşlı uşağın anası həkimləri günahlandırır

Tbilisidəki Manaqadze klinikasında dünyasını dəyişən 7 yaşlı Qiorqi Demuriyanın anası “Formula”ya müsahibəsində oğluna həddindən artıq dozada narkoz verildiyini bildirib.

lnterPress.ge xəbər verir ki, əldə olan məlumata görə, oğlan əməliyyata hazırlanırdı, lakin o, narkozdan sonra dünyasını dəyişib.

Ailə hadisədə həkimləri günahlandırır.

“Mənə dedilər ki, cərrahi müdaxilə zamanı fəsad yaranıb, amma yalan danışıblar ki, cərrahi müdaxilə olmayıb. Sonra mənə heç nə deyə bilmədilər. Anestezioloqu gizlətdilər. Oğlumun üzərində ekspertiza aparılacaq və mən bilməliyəm ki, bütün bunlar nəyə əsaslanıb ”, - deyə mərhum uşağın anası bildirib.

Manaqadze Klinikasının direktoru Ambrosi Pertia deyir ki, 7 yaşlı uşağın ölüm səbəbini ekspertiza müəyyən edəcək.

Xatırladaq ki, avqustun 3-də 7 yaşlı Qiorqi Demuriya Tbilisidə Manaqadze adına klinikada dünyasını dəyişib.
 

 

Bizimlə əlaqə saxlayın