01 
Avq
2022
12:59
354

DİN “Super Puma” və “Mi-8” helikopterlərinin istifadəsi ilə bağlı məlumat yayır

Daxili İşlər Nazirliyi “Super Puma” və “Mi-8” helikopterlərinin istifadəsi ilə bağlı məlumat yayıb.

lnterPress.ge xəbər verir ki, qurumun məlumatına görə, sərhəd Polisinin balansında olan 2 Super Puma 2011-ci ildə lazımi avadanlıq olmadan xilasetmə funksiyaları üçün alınıb. 

Məhz buna görə də “Super Puma” axtarış-xilasetmə əməliyyatlarında - insanları çıxarmaq və ya yanğınları söndürmək üçün istifadə oluna bilməz.

Verilən məlumata görə, Mi-8 helikopteri axtarış-xilasetmə əməliyyatlarında  istifadə olunur. Bu helikopterdə xüsusi xilasetmə avadanlıqları var.

Qurumun verdiyi məlumata görə, Sərhəd Polisinin Xüsusi Təyinatlı Aviasiya Baş İdarəsinin bazasında helikopterin hər uçuş zamanı detallı yoxlanışı aparılır və texniki cəhətdən nasaz olan helikopteri pilotların işə salıb idarə etməsinə icazə verilmir.


“İlk növbədə, iyulun 29-da Qudauri yaxınlığında baş vermiş faciə ilə bağlı dərin kədərimizi bir daha bildirir və mərhum ailələrinə, həmkarlarına, dostlarına və bütün Gürcüstana başsağlığı veririk.

Bəzi KİV-lərdə və sosial şəbəkələrdə dərc olunan yanlış faktlara cavab vermək istərdik.

Təəssüf ki, faciəni nəzərə alaraq bu bəyanatı dərc etməyə məcburuq, amma yaxşı olar ki, ictimaiyyət yoxlanılmış və dəqiq faktları bilsin.

İlk növbədə qeyd etmək lazımdır ki, helikopterdə olan pilotlar: Polkovnik Zaza Loria, polkovnik-leytenant Levan Çoxeli, mayor Dimitri Kaadze və leytenant Andro Kujoşvili öz sahəsində yüksək səviyyəli peşəkarlar idi. Uçuşa DİN Sərhəd Polisinin Xüsusi Təyinatlı Aviasiya Baş İdarəsinin rəis müavini, 1992-ci ildən pilot olan və illərdir helikopter eskadrilyasına komandirlik edən uçuş hazırlığı üzrə müavini polkovnik Zaza Loria rəhbərlik edib. 

Polkovnik Zaza Lorianın rəhbərliyi altında bu illər ərzində bir çox çətin xilasetmə əməliyyatları həyata keçirilib və o, çoxlu sayda insanın həyatını xilas edib.

Qeyd edək ki, Sərhəd Polisinin Xüsusi Təyinatlı Aviasiya Baş İdarəsinin bazasında helikopterin hər uçuş zamanı detallı yoxlanışı aparılır və texniki cəhətdən nasaz olan helikopteri pilotların işə salıb idarə etməsinə icazə verilmir.

Qeyd edək ki, 2019-2022-ci illərdə Sərhəd Polisinin Hava Parkı tam yenilənib, bu isə o deməkdir ki, bütün helikopterlər tənzimlənir, saxlanılır və yenilənir.

Beynəlxalq aviasiya təhlükəsizliyi qaydaları əsasında və bu qaydalara tam riayət etməklə hər iki helikopterdə köhnə quyruq vintləri yeniləri ilə əvəz edilib.

Sərhəd Polisinin balansında olan və xilasetmə funksiyaları üçün lazımi avadanlıq olmadan 2011-ci ildə alınmış 2 ədəd “Super Puma” ilə bağlı da aydınlıq gətirmək istərdik. Məhz buna görə də “Super Puma” axtarış-xilasetmə əməliyyatlarında (insanların təxliyəsi və ya yanğınların söndürülməsi üçün) istifadə edilə bilməz.

Mi-8 helikopteri axtarış-xilasetmə əməliyyatlarında  istifadə olunur. Bu helikopterdə xüsusi xilasetmə avadanlıqları var.

Həmçinin,  “Super Puma”nın Kaxeti bölgəsində ilişib qalması həqiqətə uyğun deyil. “Super Puma” Laqodexi müdafiə hissəsindən çıxarılıb və xüsusi təyinatlı aviasiya əsas bölməsinin bazasında yerləşdirilir.

Məlum olduğu kimi, Qudauri faciəsi ilə bağlı dərhal hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə istintaq başlanılıb" , - deyə  məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın