İçində Gürcüstan vətəndaşının da olduğu təyyarə Budapeştdə qəza vəziyyətində eniş edib
Bari-Krakov reysini həyata keçirən wizzair aviaşirkəti Budapeştə məcburi eniş edib. Təyyarədə 7 illik mühacirətdən sonra vətəninə qayıdan bir gürcü sərnişin də olub.
InterPress.ge xəbər verir ki, təyyarədə olan gürcü sərnişinin dostunun verdiyi məlumata görə, xoşbəxtlikdən heç kim xəsarət almayıb.
"Wizzair təyyarəsi saat 02:15-də Bari şəhərindən havaya qalxıb. Təxminən bir saatdan sonra təyyarə Budapeştə məcburi eniş etdi. Sərnişinlərdən biri gürcüdür, 7 illik mühacirətdən sonra vətənə qayıdan rəfiqəmdir
Xoşbəxtlikdən bütün sərnişinlər sağ qalıb. Rəfiqəmin mənə qeyd etdiyinə görə, təyyarə havaya qalxandan az sonra yanmağa başlayıb.
Təyyarə təcili eniş edərkən hava limanına yanğınsöndürənlər və təcili yardım maşınları səfərbər edilib. Xoşbəxtlikdən hər kəs yaxşıdır.
Sərnişinlər hazırda Budapeşt hava limanındadırlar”. – Pikriya Kuçuxidze deyir


