12 
Iyl
2022
15:45
634

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

İyulun 3-dən 10-dək Gürcüstanda 5154 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Sağalanların sayına gəldikdə isə, 2338 sağalma qeydə alınıb.

Eyni zamanda bildirilir ki, koronavirusdan 3 nəfər həyatını itirib.

Qeyd edək ki, bir həftə ərzində ölkədə 63 659 test keçirilib. 7 günlük testin müsbət göstəricisi 8,10% təşkil edir.

Bizimlə əlaqə saxlayın