21 
Iyn
2020
14:24
700

Parlament konstitusiya dəyişikliyi birinci dinləmədə təsdiqlədi

2020-ci ilin parlament seçkisi 120/30 proporsional keçiriləcək.

InterPress.ge xəbər verir ki, parlament konstitusiya dəyişikliyini ilk dinləmədə təsdiqlədi.

Parlamentin 142 deputatı qeydiyyatdan keçmişdi bunlardan 136 nəfəri seçki sistemi konstitusiya dəyişikliyi layihəsini dəstəklədi. Layihəyə etiraz edən isə 5 deputat oldu.

Dəyişikliklərə əsasən 2020 ci ilin parlament seçkiləri qarışıq seçki sistemi ilə keçiriləcək ( 120 proporsional, 30 majoritar) və baryer 1% olacaq. 2020 ci ilin parlament seçkisində proporsional sistemlə 40.54 %-dən az səs toplayan partiya höküməti formalaşdırma hüququna malik olmayacaq.

2020-ci ilin parlament seçkilərində ölkə miqyası ilə 30 birmandatlı majoritar seçki məntəqəsi yaradılacaq.

Kvemo Kartlidə bir mandatlı 3 seçki dairəsi yaradılacaq:

Birinci - Rustavi Bələdiyyəsi və Qardabani Bələdiyyəsi Norio, Martkopi, Axalsopeli, Sartiçala, Gamargveba, Axali Samqori, Lemşveniera, Teleti, Kumisi və Krçanisi İnzibati Birlikləri.

İkinci – Marneuli və Qardabani Bələdiyyələri.

Üçüncü - Bolnisi, Dmanisi, Tetriçğaro Bələdiyyəsi və Çalka bələdiyyəsi.

Bizimlə əlaqə saxlayın