10 
Iyl
2022
12:13
881

Şəhərlərarası nəqliyyatla gediş-gəliş haqqı artıb

"Şəhərlərarası nəqliyyatla gediş-gəliş haqqı 10-15% artıb".

InterPress.ge xəbər verir ki, bu barədə nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə eksperti Qela Kvaşilava bildirib.

Kvaşilava yanacağın qiymətinin qalxmasını nəqliyyat xidmətlərinin qiymətinin artmasının əsas səbəbi hesab edir.  Onun sözlərinə görə, ölkədə mövcud iqtisadi vəziyyət şəxsi avtobus və mikroavtobusların, eləcə də taksi xidmət haqlarının artırılmasını qaçılmaz edib.

“İnflyasiyanın səviyyəsi və qiymətlərin artması təbii olaraq nəqliyyat xidmətlərini bahalaşdırıb.  Yanacağın qiyməti orta hesabla 30-35% artıb. Həm şəhərlərarası ictimai nəqliyyat, həm də taksi xidmətləri təxminən 10-15% bahalaşıb", - deyə o söyləyib.

Nəqliyyat sahəsində çalışan ekspert üçün ümidverici proqnoz vermək çətin olub və deyib ki, yanacağın qiyməti tənzimlənməzsə, yaxın vaxtlarda əhali üçün nəqliyyat xidmətləri daha da bahalaşacaq.

2022-ci ilin iyun ayı üzrə inflyasiya hesabatına görə, ərzaqdan sonra ən kəskin qiymət artımı nəqliyyat qrupunda qeydə alınıb ki, bu da yanacağın qiymətinin artması ilə əlaqədardır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər