07 
Sen
2026
11:07
44

Qətl törətməyə cəhddə təqsirləndirilən, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Kaxetidə baş verən yaralama faktı ilə bağlı qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən, əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs məişət zəminində yaranan münaqişə zamanı qohumunu ov tüfəngindən atəş açaraq yaralayıb.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Siğnaği Rayon İdarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən, əvvəllər məhkum olunmuş bir şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Siğnaği bələdiyyəsində, öz yaşayış evində məişət zəminində yaranan münaqişə zamanı qohumunu ov tüfəngindən atəş açaraq yaralayıb. Yaralı kişi müvafiq tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxsi hadisədən dərhal sonra saxlayıblar. Polis cinayətin törədildiyi silahı — ov tüfəngini maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhdi nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq aparılır. Bu cinayət 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın