İrakli Kobaxidze: Müxalifət bir-biri ilə qarşıdurmaya keçib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət daxilindəki qarşıdurmaya münasibət bildirib.
Baş nazir “Dəyişikliklər üçün Koalisiya”nın üzvü və “Axali” partiyasının nümayəndəsi Tenqo Tevzadzenin açıqlamasını şərh edərək bildirib ki, müxalifətin əlavə yardıma ehtiyacı yoxdur, çünki onlar artıq bir-biri ilə qarşıdurmaya giriblər.
“Düşünürəm ki, bu insanların böyük köməyə ehtiyacı yoxdur, onsuz da bir-biri ilə yaxşı qarşıdurmaya girirlər. Müxalifət o qədər zəifləyib ki, tamamilə bir-biri ilə qarşıdurmaya keçiblər və bu, yaxşıdır. Xalq bütün bunları görür. Əvvəllər onları gürcü xalqı sevmirdi, indi isə artıq bir-birlərini də sevmirlər. Bu, formal olaraq indiyədək müxalifət adlandırılan, əslində isə həmişə xarici agentura olan siyasi qüvvədə ideal vəziyyətdir”, - deyə Kobaxidze bildirib.


