07 
Iyl
2022
12:50
7676

“Coca-Cola” əhaliyə xəbərdarlıq edir

“Şirkətin lotereya keçirməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Bir neçə “Facebook” səhifəsində yayılan məlumat və açıqlamalar saxtakarlıq sxemləridir”.

lnterPress.ge xəbər verir ki, bu barədə “Coca-Cola Bottlers Georgia” ictimai bəyanat yayır və əhalini saxtakarlıq sxemi ilə bağlı xəbərdar edir:

“Şirkətin lotereya keçirməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Bir neçə “Facebook” səhifəsində yayılan məlumat və açıqlamalar saxtakarlıq sxemləridir. Bu cür vebsaytların məqsədi şəxsi məlumatlarınızı əldə etmək və qeyri-qanuni istifadə etməkdir. "Coca-Cola" şirkəti heç bir viktorina və ya lotereya keçirmir. Xahiş olunur bu məsələyə ehtiyyatla və diqqətlə yanaşın və düzgün məlumatı yalnız şirkətin rəsmi saytlarından əldə edin”, - deyə bəyanatda qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın