06 
Iyl
2022
20:33
2374

Marneuli-Sadaxlı yolunda qəza baş verdi - Xəsarət alanlar var 

Marneuli-Sadaxlı yolunun İmir kənd hissəsində yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, Toyota və opel markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində Toyota markalı avtomobil yoldan çıxaraq kənardakı çökəkliyə düşüb.

Məlumata görə, qəza nəticəsində hər iki avtomobildə olan şəxslər yüngül xəsarət alıb. Xəsarət alanlar Marneuli xəstəxanasına qaldırılıb.

Hadisə yerinə polis cəlb olunub və araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın