04 
Sen
2026
10:56
83

Mikroavtobus oğurlayan şəxs saxlanılıb

“Şəxs nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları nəqliyyat vasitəsinin oğurlanması ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda şərti cəza çəkən bir şəxsi saxlayıblar.

İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış mikroavtobusu həmin gün Kaxeti regionunun bələdiyyələrindən birində aşkar edərək maddi sübut kimi götürüblər.

Polis isti izlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “d” bəndi ilə araşdırma aparılır. Sözügedən maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər