05 
Sen
2026
11:57
156

Ağır yol qəzası – 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Tuşetidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında Omalo kəndində, Ziyarətçilər Mərkəzinin yaxınlığında baş verib.

Şahidlərin sözlərinə görə, içərisində 5 nəfərin olduğu “Toyota” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yoldan çıxıb və bir neçə dəfə aşıb.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb, 4 gənc isə yaralanıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Telavi xəstəxanasına çatdırılıb.

Həkimin sözlərinə görə, yaralıların vəziyyəti stabildir. Onlarda çoxsaylı xəsarətlər və aşağı ətrafların sınıqları var. Hazırda müvafiq müalicə aparılır.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Bizimlə əlaqə saxlayın