Tbilisidə taksi sürücüsünə silahlı basqın edən iki yeniyetmə saxlanılıb
“İstintaqla müəyyən edilib ki, yeniyetmələr Tbilisidə soyuq silahla taksi sürücüsünə hücum edib, həyatını itirməklə hədələyərək ondan pul alıb və hadisə yerindən qaçıblar.”
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsan-Samqori Baş İdarəsinin əməkdaşları qrup halında törədilmiş quldurluq ittihamı ilə bir yeniyetməni saxlayıb, daha bir yeniyetməni isə ifşa ediblər.
Polisin keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən yeniyetmələrdən biri təqsirləndirilən şəxs qismində saxlanılıb. Digər yeniyetmə ilə bağlı isə qanunla müəyyən edilmiş tədbirlər görülür.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır. Sözügedən maddə 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.


