29 326 qutu aksizsiz tütün məmulatı ələ keçirildi
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin əməkdaşları tərəfindən iyun ayı ərzində ölkə ərazisində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 29 326 qutu, 239 kiloqramdan artıq aksizsiz tütün məmulatının qanunsuz saxlanması və daşınması ilə bağlı 393 fakt aşkar edilib.
lnterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 5-ci hissəsinə əsasən qanunu pozan vətəndaşlardan rüsumsuz mallar götürülüb.
Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 1552-ci maddəsinə uyğun olaraq 265 fakt üzrə inzibati xəta haqqında protokollar tərtib edilib və iş materialları məhkəməyə göndərilib.
Gürcüstan Vergi Məcəlləsinin 271-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, 7 fakt üzrə, iş materialları Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinə göndərilib.
Qalan 121 fakt isə müəyyən edilməmiş hal kimi qiymətləndirilib və götürülmə protokolları tərtib edilib.


