01 
Iyl
2022
11:50
208

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatı “Gənclər üçün Sülh Mükafatı” müsabiqəsini elan edir

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatı “Gənclər üçün Sülh Mükafatı” müsabiqəsini elan edir.

lnterPress.ge xəbər verir ki, bu barədə Barışıq və Vətəndaş Bərabərliyi üzrə, Dövlət Naziri Aparatından məlumat verilib.

Məlumata görə, 21 sentyabr 2021-ci il tarixində Beynəlxalq Sülh Günü ilə əlaqədar Dövlət Naziri Aparatı “Gənclər üzrə Dövlət Naziri Aparatının Sülh Mükafatı” adlı illik mükafatın təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs Dövlət Naziri aparatının prioritet istiqamətlərindən biri olan Gürcüstanda sülh prosesində gənclərin rolunu və cəlbini gücləndirmək məqsədi daşıyır.

Mükafat Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinin məqsəd və vəzifələrini nəzərə alaraq, müharibə nəticəsində parçalanmış cəmiyyətlər arasında sülhün qurulması və etimadın bərpası prosesinə, habelə münaqişənin təsirinə məruz qalmış əhalinin qayğısına qalmaq prosesinə xüsusi töhfə verən  gəncə və ya gənclər qrupuna veriləcək.

“Müsabiqə nəticəsində yalnız bir qalib gənc, gənclər qrupu və ya gənclər təşkilatı müəyyən ediləcək, onlara sertifikat və 3000 lari məbləğində pul mükafatı veriləcək.

Qalib namizəd(lər) 21 sentyabr 2022-ci il Beynəlxalq Sülh Günündə elan olunacaq və mükafatlandırılacaq.

Müsabiqədə 18-29 yaş arası gənc, bir qrup gənc və ya gənclər təşkilatı iştirak edə bilər. Namizədlərin irəli sürülməsi üçün dövlət orqanları, qeyri-hökumət təşkilatları, vətəndaş sektorunun nümayəndələri, ekspertlər və ya ekspertlər qrupu, azı üç nəfərdən ibarət təşəbbüs qrupu irəli sürülə bilər.

Namizəd aşağıdakı meyarlara cavab verməlidir:

Namizəd Gürcüstanda münaqişənin sülh yolu ilə həllinə, süni şəkildə parçalanmış cəmiyyət arasında barışıq və etimadın bərpasına, eləcə də münaqişədən zərər çəkmiş əhaliyə dəstək verməlidir; Namizədin fəaliyyətində onun sülh prosesinə töhfəsinin ifadə olunduğu hesabat ili ərzində həyata keçirilən konkret fəaliyyəti əks etdirməlidir;

Namizədin sülh prosesinə töhfəsini istənilən fəaliyyət formasında görmək olar, məsələn, münaqişənin dinc yolla həlli/sülhün qurulması məsələsi üzrə akademik fəaliyyətlər (tədqiqatlar, hesabatlar, sənədlər); Gürcüstan-Abxaz/Gürcüstan-Osetiya etimadın yaradılması təşəbbüslərinin planlaşdırılması, həyata keçirilməsi və ya iştirakı;

Münaqişədən zərər çəkmiş əhaliyə qayğı göstərilməsi prosesində fəaliyyət və ya görkəmli təşəbbüslər; Sülh quruculuğu məqsədilə mülki fəaliyyətə cəlb edilməsi və s.

Ərizələr 2022-ci il iyulun 1-dən iyulun 31-dək Dövlət Nazirinin Aparatına gürcü dilində, aşağıdakı e-poçt ünvanına təqdim edilməlidir: [email protected].

Ərizədə mütləq qeyd edilməlidir:
Namizədi təqdim edən şəxs/şəxslər haqqında məlumat, o cümlədən əlaqə məlumatları;

Namizədin adı və soyadı, qısa tərcümeyi-halı (təhsil, fəaliyyət sahəsi); Namizədin sülhün qurulması prosesinə verdiyi töhfənin qısa təsviri (500 sözdən çox olmayan); Sənədlər və digər köməkçi materiallar (əgər varsa) əlavə olaraq təqdim edilə bilər.

Qalib namizəd(lər) “Gənclər üçün Sülh Mükafatı”nın təqdim edilməsi məqsədilə yaradılmış müsabiqə komissiyası tərəfindən seçiləcək. Müsabiqə ilə bağlı əlavə suallar olarsa, Sofiya Letodiani ilə  əlaqə saxlaya bilər (598 60 50 20)”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın