Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti bəyənat yayır
İstintaq xidmətinin əməkdaşları iki nəfəri xüsusilə külli miqdarda vergidən yayınma faktı ilə ittiham edib.
lnterPressşge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin İstintaq departamentindən məlumat verilib.
Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər idarə etdikləri şirkətlər adından qanunsuz yolla əldə etdikləri 640 763 lari dəyərində ağac materialına hüquqi üz vermək və leqallaşdırmaq məqsədi ilə ağac materialının gətirilməsi və alınması ilə bağlı qarşılıqlı olaraq saxta vergi sənədləri imzalayıblar.
“Saxta sənədlərdən istifadə etməklə, onlar qanunsuz yığılmış ağac materialını yerli bazarda sataraq külli miqdarda qanunsuz gəlir əldə ediblər.
Eyni zamanda təqsirləndirilən şəxslər idarə etdikləri şirkətlər vasitəsilə vergi qanunvericiliyini pozaraq gəlirlərini sistemli şəkildə səhv bəyan ediblər və bu yolla dövlət büdcəsinə təxminən 500 000 lari ödəməkdən yayınıblar.
Gürcüstan Cinayət Məcəlləsinin 9 ildən 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 186, 210, 194 və 218-ci maddələri ilə istintaq aparılır", - deyə məlumatda qeyd olunub.


