29 
Iyn
2022
14:31
3398

Gürcüstanda kartofun qiyməti rekord həddə aşağı düşüb

EastFruit analitiklərinin fikrincə, Gürcüstanda yeni kartof məhsulunun qiyməti kəskin şəkildə aşağı düşüb. Bir çox gürcü fermerlər, Rusiyanın Ukraynaya işğalı ilə regionda ərzaq təhlükəsizliyi riskləri səbəbindən əsas məhsulların qiymətlərinin qalxmasını gözləyərək, istehsal xərclərinin artmasına baxmayaraq, böyük miqdarda kartof əkiblər.

lnterPress.ge xəbər verir ki, nəticədə qiymətlər aşağı düşüb.

Dünyanın bəzi ölkələrində ərzaq təhlükəsizliyi həqiqətən də problem ola bilər, amma hələlik gürcü fermerlər Gürcüstanın kartof ixracına tələbat olmadığını deyirlər. 

Hazırda kartofun topdansatış qiyməti bir ay əvvəlki qiymətin cəmi üçdə birini təşkil edir: 1 kiloqramın qiyməti orta hesabla 1 laridir, bu da həmin həftənin 2019-cu ilin göstəricisinə çox yaxındır.

Fermerlər hazırda yerli tələbatın az olduğunu deyirlər.  Onların sözlərinə görə, bu həftə də Rusiya tərəfdən aktivlik müşahidə olunmayıb. Rusiya ötən mövsüm çoxlu kartof idxal edib, ancaq fermerlər bu mövsüm hər şeyin fərqli olduğunu deyirlər. Buna görə də, əkinçilər kartof yığmağa tələsmirlər.

Təchizat zəncirinə gəldikdə, o, demək olar ki, dəyişməz olaraq qalır: Əgər Gürcüstandan ixrac etmək istəyirlərsə, idxalçılar həmin yerə gəlib kartof almalıdırlar.

Bizimlə əlaqə saxlayın